AFFA-nın inzibati binasında “Danışılmış oyunlarla bağlı təcrübə mübadiləsi” çərçivəsində Rusiya Futbol İttifaqının Danışılmış oyunlar üzrə nümayəndəsi Oleq Altuxov ilə görüş keçirilib.

Rekord.az xəbər verir ki, görüşdə AFFA-nın baş katibinin müavini Sərxan Hacıyev və UEFA-nın danışılmış oyunlarla bağlı Azərbaycan üzrə nümayəndəsi Seymur Səlimli iştirak edib.