Rusiyanın "Ximki" klubu "Zirə"nin sabiq futbolçusu Nemanya Andelkoviçlə yollarını ayırmaq istəyir.


Rekord.az xəbər verir ki, bu barədə yerli "Metaratings" nəşri məlumat yayıb.


27 yaşlı müdafiəçi baş məşqçi Frank Artiqanın qərarı ilə transferə çıxarılıb.


Serbiyalı oyunçu 2021-2023-cü illərdə Azərbaycan klubunun formasını geyinib. Dekabrın 6-da FIFA "Ximki"yə sabiq oyunçuları Besard Saboviçə borcu olduğu üçün 2026-cı ilin yayınadək transfer qadağası qoyub.