Rusiya millisinin baş məşqçisi ilə yeni müqavilə imzalandı
- 13 Mar 2020 13:30
- 628
Rusiya Futbol İttifaqı bu ölkənin əsas milli komandasının baş məşqçisi Stanislav Çerçesovun 2020-ci ilin yayında başa çatmalı olan müqaviləsinin müddətini uzadıb.
Rekord.az xəbər verir ki, bu barədə Rusiya Futbol İttifaqının rəsmi saytı məlumat yayıb.
Bildirilib ki, 57 yaşlı mütəxəssislə 2 illik yeni sözləşmə imzalanıb. Müqavilənin müddəti 2022-ci ilin 30 dekabr tarixinə qədərdi.
Çerçesov 2016-cı ilin avqust ayından Rusiya yığmasına rəhbərlik edir. Komanda onun rəhbərliyi altında 2018-ci ildə ölkədə keçirilən dünya çempionatında tarixində ilk dəfə 1/4 finala yüksəlib. Təcrübəli mütəxəssis millini AÇ-2020-nin final mərhələsinə çıxarıb.