Rusiya millisinin Olimpiadada iştirakına qadağa qoyuldu
- 09 Dek 2019 17:25
- 1123
Rusiyanın voleybol üzrə yığma komandaları Olimpiya Oyunlarında və Dünya çempionatında iştirakdan məhrum edilib. “Rekord.az” xəbər verir ki, bu barədə Ümumdünya Antidopinq Agentliyinin (WADA) İcraiyyə Komitəsinin iclasında qərar qəbul edilib.
WADA -nın qərarına əsasən, Rusiya bütün idman növləri üzrə 4 il müddətində dünya çempionatlarını qəbul edə və bu yarışlarda iştirak edə bilməyəcək. Bu səbəbdən qonşu ölkənin voleybol komandaları da həmin yarışlardan kənar qalacaqlar.
Rusiyanın dopinq testindən keçən idmançılarına isə Olimpiya Oyunları və dünya çempionatlarında öz milli bayraqları altında deyil, yalnız neytral bayraq altında çıxış etmək hüququ verilib.