Rusiyada çıxış edən hücumçumuz məğlub oldu
- 17 Fev 2021 11:42
- 798
Qadın voleybolçulardan ibarət Azərbaycan millisinin üzvü Marqarita Stepanenko Rusiyada çempionatında növbəti oyununa çıxıb. "Rekord.az" xəbər verir ki, hücumçumuzun formasını geyindiyi və qonşu ölkənin birinciliyində mübarizə aparan Belarusun "Minçanka" klubu 23-cü turda Kalininqradın "Lokomotiv" kollektivi ilə üz-üzə gəlib.
Doğma meydanda baş tutan görüş "Minçanka" üçün yaxşı başlamayıb. İlk iki seti uduzan voleybolçumuzun komandası sonrakı hissədə qələbə qazana bilib. Lakin Belarus təmsilçisinin bundan artığına gücü çatmayıb. 4 hissə davam edən matçda Rita və rəfiqələri 1:3 (23:25, 19:25, 25:22, 16:25) hesabı ilə uduzublar.
Komandasının xalsız qaldığı qarşılaşmada yığmamızın üzvü 3 set oynayıb. Stepanenko meydanda olduğu müddətdə 8 xal qazanıb. O, qonaqları 7 dəfə hücumda, 1 dəfə isə blokda məyus edib.