Qadın voleybolçulardan ibarət Azərbaycan yığmasının üzvü Kristina Ruban Rusiya çempionatında növbəti oyununa çıxıb. "Rekord.az" xəbər verir ki, toppaylayıcımızın formasını geyindiyi "Tuliça" 15-ci turda "Lipeçk" klubunu qəbul edib.

Görüş meydan sahibləri üçün uğurlu alınıb. İlk iki setdə çətinlik çəkmədən qələbə qazanan "Tuliça" növbəti hissədə rəqibin ciddi müqaviməti ilə üzləşsə də qələbəni əldən verməyib və yekunda qonaqları quru hesabla məğlub edib - 3:0 (25:17, 25:17, 25:23).

Komandasının çətinlik çəkmədiyi qarşılaşmada oyunqurucumuz xal qazanmayıb.

Qeyd edək ki, Tula təmsilçisi 15 turdan sonra turnir cədvəlində 7-ci yerdə qərarlaşıb. Komandanın hesabında 25 xal var.