Qadın voleybolçulardan ibarət Azərbaycan millisinin üzvü Kristina Besman Rusiya birinciliyində növbəti oyununa çıxıb. "Rekord.az" xəbər verir ki, təcrübəli oyunqurucumuzun şərəfini qoruduğu "Tuliça" 8-ci turda "Dinamo-Metar"ın qonağı olub. 

Səfər görüşü voleybolçumuzun komandası üçün uğurlu keçib. Kristina və rəfiqələri 3 hissə davam etmişgörüşdə quru hesablı qələbəni bayram ediblər - 3:0 (25:10, 25:16, 25:22).

Komandasının çətinlik çəkmədən qalib gəldiyi qarşılaşmada yığmamızın üzvü fərqlənməyib.