Rusiyada tanınmış idmançı güllələndi
- 24 Okt 2020 12:21
- 898
Rusiyada idmançı qətlə yetirilib.
Rekord.az xəbər verir ki, hadisə Xasavyurtdakı kafelərin birində qeydə alınıb.
Belə ki, oktyabrın 22-si axşam saatlarında MMA döyüşçüsü Şamil Abdulmüslümovun meyiti aşkarlanıb. İdmançının silahdan açılan atəş nəticəsində dünyasını dəyişdiyi məlum olub.
Hadisəylə bağlı şübhəli qismində iki nəfər saxlanılıb - 53 yaşlı ata və onun 24 yaşlı oğıu. Hüquq-mühafizə orqanları saxlanılanlara qətlə səbəbkar olduqlarını sübut etməyə çalışır.
Abdulmüslümov peşəkar karyerasında 25 döyüş keçirib ki, onlardan 20-sini qələbəylə başa vurub.
Uşu-sanda üzrə 5 qat Rusiya çempionu olan 39 yaşlı mərhum ağır çəkidə yarışan dünya MMA-çıları arasında "50-lik"d yer alırdı. O, həmçinin 2011-ci ildə Abu-Dabidə baş tutan "Qran-pri"nin qalibi adını qazanıb.