Rusiyalı futbolçu: "Qəbələ" bizi sürət baxımından üstələdi"
- 20 Yan 2020 16:56
- 803
"Oyundan əvvəl bir az həyəcan var idi. Çünki yeddi aydı oynamıram. Fasilədn sonra meydana çıxanda hər şeyi unutdum".
Rekord.az xəbər verir ki, bu sözləri Antalya toplanışı çərçivəsində "Qəbələ" ilə qarşılaşan "Çayka"nın yeni transferi Sergey Şarov deyib.
Rusiya klubunun rəsmi saytına müsahibəsində "Qəbələ"yə 0:3 hesabı ilə uduzduqları yoxlama oyununu şərh edən rusiyalı yarımmüdafiəçi məğubiyyəti belə şərh edib: "Hazırda komandada yüklənmə çoxdur. Rəqib bizi sürət baxımından üstələdi. Onlar daha "diri" görünürdü. Toplanışda ilk matçlar hər zaman çətin alınır. Əlbəttə, uduzmaq xoş deyil. Amma işə hələ yenicə başlamışıq. Azarkeşləri əmin etmək istəyirəm ki, tezliklə onlar bizim də qələbələrimizi görəcəklər".
Şarov komandanın kapitanı Vladislav Dubovoyun zədələndiyi epizod haqda da danışıb: "Rəqibin kobud və düşüncəsiz hərəkəti Vladın ağır zədə almasına səbəb oldu. Çox xoşagəlməz vəziyyətdir. Bütün komanda kapitanın sağlamlığına görə narahatdır və ona tezliklə sağalmasını arzulayır".