Rusiyalı şahmatçı Sergey Karyakin Bakıda keçiriləcək dünya kubokuna qatılmaqdan imtina edib.

Rekord.az xəbər verir ki, 33 yaşlı qrossmeyster qərarını “Teleqram”dakı şəxsi kanalında açıqlayıb.

O, yarışda neytral statusda çıxış etmək istəmədiyi üçün bu addımı atıb.

Xatırladaq ki, dünya kuboku iyulun 29-dan avqustun 25-dək təşkil olunacaq.