Rusiyanın iki klubuna transfer qadağası qoyuldu
- 06 Dek 2024 16:00
- 211
FIFA Rusiyanın ÇSKA və "Ximki" klublarına transfer qadağası qoyub.
Rekord.az xəbər verir ki, bu barədə yerli mətbuat məlumat yayıb.
Hər iki komanda 2026-cı ilin yayınadək heyətinə yeni futbolçu cəlb edə bilməyəcək.
ÇSKA-nın kommunikasiya direktoru Kirill Breydo məsələ ilə bağlı açıqlama verib. O, Çidera Ecukenin keçidinə görə Niderland təmsilçisi "Herenven"ə borcları olduğu üçün bu cəza ilə üzləşdiklərini söyləyib.
Rusiya klubu tələb olunan məbləğin İngiltərə təmsilçisi "Vest Hem" tərəfindən ödəniləcəyini gözləyib. Londonlular Nikola Vlaşiçin transferinə görə Moskva klubuna 20 milyon avro borcludur.