Ruslan Qurbanov: "Qarabağ"a vurulan qol mənim adıma yazılsaydı, əla olardı”
- 07 Dek 2019 14:23
- 872
“Keşlə”nin hücumçusu Ruslan Qurbanov “Qarabağ”la matçın 40-cı dəqiqəsində komandasının vurduğu qolun rəqib komandanın yarımmüdafiəçisi Hacıağa Hacılının adına yazılmasından narazılıq edib.
Rekord.az xəbər verir ki, o, “feysbuk” hesabında bunları yazıb: “10 ildir ki, qol vurmadığım tək komanda “Qarabağ”dı. Bu gün onlara da qol vurdum, amma niyə avtoqol yazılıb?
Sualım böyük futboldan başı çıxanlaradı ki, Ronaldo və Messi belə qol vuranda onların adına, yoxsa avtoqol yazılır? Bu, önəmli olmasa da, istənilən halda qol mənim adıma yazılsaydı, əla olardı”.