Rüştü Reçber xəstəxanadan evə buraxıldı
- 06 Apr 2020 17:30
- 754
Koronavirusa yoluxmuş Türkiyə millisinin sabiq qapıçısı Rüştü Reçber xəstəxanadan evə buraxılıb.
Rekord.az "NTV Spor"a istinadən xəbər verir ki, veteran qapıçı müalicəsinə evində davam edəcək.
Rüştüdə koronavirusun simptomları martın 28-də aşkarlanıb. O, xəstəxanada 10 günədək müalicə alıb.
Qeyd edək ki, oyunçu karyerası ərzində "Fənərbaxça" və "Beşiktaş", eləcə də İspaniya "Barselona"sının formasını geyinmiş Rüştü Rəçbər hazırda Türkiyə Futbol Federasiyasında Futbolun inkişafı koordinatoru vəzifəsində çalışır.