“Sabah” afrikalı hücumçuyla maraqlanır
- 21 Apr 2020 14:23
- 669
“Sabah” Cənubi Afrikanın “Orlando Pirates” klubunda forma geyinən Vinsent Puleylə maraqlanır.
Rekord.az xəbər verir ki, bu barədə “citizen.co.za” saytı məlumat yayıb. “Sabah” 28 yaşlı hücumçunu transfer etmək niyyətindədir.
Xəbərdə, Azərbaycan Premyer Liqasının bir çox futbolçu üçün xəyali yer olmadığı, ancaq Avropa komandalarının buradakı futbolçularla maraqlanmasına görə Azərbaycana getməyin böyük addım olacağı da bildirilib.
2018-ci ildən “Orlando Pirates”də çıxış edən afrikalı hücumçunun transfer dəyəri 725 min avrodur.