“Sabah” amerikalı basketbolçuları transfer etdi
- 26 Avq 2023 17:31
- 478
“Sabah” basketbol klubu mövsümlərarası fasilədə növbəti transferlərini reallaşdırıb.
Rekord.az xəbər verir ki, amerikalı Kivon Devonport və Mayk Holtonla 1 illik müqavilə bağlanıb.
203 santimetr boya malik olan Devonport peşəkar karyerası ərzində İsrail, Ukrayna və Fransa liqalarında legioner həyatı yaşayıb. 25 yaşlı basketbolçu son olaraq Fransanın “Orlean Luare Basket” klubunda çıxış edib.
Mayk Holton isə peşəkar karyerası ərzində Ukrayna, İsrail, Almaniya, Fransa və Avstriya klublarında çıxış edən basketbolçu zəngin karyeraya malikdir.
Mayk son olaraq Avstriya Super Liqasında mübarizə aparan “Pölten” klubunda çıxış edib. 2022/2023 mövsümündə 28 oyuna çıxan basketbolçu hər oyunda orta hesabla 21 xal toplayıb.