“Sabah” Antalyada ilk məşqə çıxdı
- 08 Yan 2020 22:17
- 846
Mövsümün ikinci yarısına hazırlığı davam etdirən “Sabah” bu gün Antalya toplanışı çərçivəsində ilk məşqinə çıxıb.
Rekord.az xəbər verir ki, paytaxt klubu əvvəlcə fitnes zalında yüngül məşq keçib.
Daha sonra yaşıl meydançada davam edən hazırlıq prosesində əsasən toplu çalışmalar və müxtəlif fiziki təmrinləri yerinə yetirilib.
Xatırladaq ki, bu gündən etibarən Türkiyənin Antalya vilayətinin Belek bölgəsində təlim-məşq toplanışına başlayan “Sabah”, hazırlıq çərçivəsində ilk yoxlama oyununu Macarıstanın “Pakş” komandasına qarşı keçirəcək. Matç yanvarın 11-də baş tutacaq.