“Sabah” Astaradan qələbə ilə qayıtdı
- 03 Dek 2022 22:30
- 433
Azərbaycan Basketbol Liqasının bölgədə daha bir oyunu baş tutub.
Rekord.az xəbər verir ki, Astara Olimpiya İdman Kompleksində 8-ci turun daha bir oyunu keçirilib.
"Zirvə Astara" komandası doğma azarkeşlər önündə paytaxt klubu "Sabah" basketbolçuları ilə üz-üzə gəlib.
İki əlavə vaxta gedən oyunun yekununda "Sabah" komandası 97:88 hesablı qələbəyə sevinib.
Ən məhsuldar basketbolçular "Zirvə Astara"dan Rashard Kruikşenk (25 xal, 5 asist), "Sabah"dan isə Entoni Patti (28 xal, 15 ribaund) olublar.
Turun daha əvvəl keçirilmiş oyunlarında "Sərhədçi" NTD-ni 93:92, "AAAF Xırdalan" "Neftçi"ni 83:68 hesabıyla məğlub edib.
Turun son oyunu sabah saat 15:00-da "Olimpik Şəki" və "Gəncə" komandaları arasında keçiriləcək.