“Sabah” Avropada yaşayan azərbaycanlılara müraciət edib
- 15 Okt 2024 17:00
- 172
UEFA Gənclər Liqasının 2-ci təsnifat mərhələsində İsveçrə təmsilçisi “Bazel” klubunun 19 yaşadək futbolçulardan ibarət komandası ilə qarşılaşacaq "Sabah" klubu Avropada yaşayan azərbaycanlılara müraciət edib.
Rekord.az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, paytaxt təmsilçisi səfər matçında azarkeşləri tribunalardan dəstək verməyə çağırıb.
Matçı stadiondan izləmək istəyən tərəfdarların qeydiyyatdan keçməsi xahiş olunub. Həmin azarkeşlər qarşılaşmanı izləmək üçün biletlə təmin ediləcəklər.
"Bazel" və "Sabah"ın U-19 komandalarının görüşü oktyabırın 23-də, “St. Yakop-Park” stadionunda baş tutacaq.