“Sabah” yeni ildə ilk məşqə çıxıb. 

Rekord.az xəbər verir ki, məşq “Bank Respublika Arena”nın ehtiyat meydançasında baş tutub.

Paytaxt təmsilçisinin yeni transferi Mario Marina da ilk məşqdə iştirak edib.

Komanda yanvarın 7-nə kimi Masazırda məşqlərini davam etdirəcək. Ayın 8-də Türkiyəyə yola düşəcək “Sabah”, burda 4 yoxlama oyununda qüvvəsini sınayacaq. Jelko Sopiçin yetirmələri yanvarın 11-də Macarıstanın “Pakş”, 15-də Rumıniyanın “Akademika” (Klinçeni), 19-da isə Qazaxıstanın “Kaysar” klubları ilə qarşılaşacaq. Daha bir rəqib barədə qarşıdakı günlərdə məlumat veriləcək.

“Sabah” Bakıya yanvarın 22-də qayıdacaq.