“Sabah” “Bazel”i qəbul edir
- 14:00
- 24
"Sabah"ın 19 yaşadək futbolçulardan ibarət komandası UEFA Gənclər Liqasının 2-ci təsnifat mərhələsində cavab oyununa çıxacaq.
Rekord.az xəbər verir ki, Adino Mustedanaqiçin baş məşqçisi olduğu kollektiv Bakıda İsveçrə təmsilçisi "Bazel"lə üz-üzə gələcək.
Qarşılaşma saat 18:00-da "Bayıl Arena"da start götürəcək. Görüşü qazaxıstanlı Rustam Omarov idarə edəcək.
Qeyd edək ki, ilk matçda "Bazel" 6:0 hesablı qələbəyə sevinib.