“Sabah” “Gəncə”yə qalib gəldi
- 06 Noy 2022 00:35
- 571
Azərbaycan Basketbol Liqasında 4-cü tura yekun vurulub.
Rekord.az xəbər verir ki, sonuncu oyun günündə daha 2 qarşılaşma baş tutub.
Hər iki görüş "Sərhədçi" İdman Mərkəzinin idman zalında keçirilib.
Günün ilk matçında "Sabah" komandası "Gəncə"ni 81:70 hesabı ilə məğlub edib. Ən məhsuldar basketbolçular qərb qərb təmsilçisindən Kollin Törner (23 xal, 5 asist), paytaxt klubundan isə Entoni Patti (19 xal, 12 ribaund) olub.
Turun son oyunu "Zirvə Astara" və "Sərhədçi" arasında gerçəkləşib. Paytaxt təmsilçisi parketdən 94:79 hesablı qələbə ilə ayrılıb. Ən məhsuldar basketbolçular "Zirvə Astara"dan Zo Tayson (26xal, 11 ribaund), "Sərhədçi"dən isə Maykl Uinn (31 xal, 3 asist) olub.
5-ci turun oyunları 9, 12 və 13 noyabrda keçiriləcək.