“Sabah” iddialı komandadır” - “Sent Patriks Atletik”in baş məşqçisi
- 14 Avq 2024 20:00
- 188
Avqustun 15-də UEFA Konfrans liqasının 3-cü təsnifat mərhələsinin cavab matçında “Sabah” İrlandiyanın “Sent Patriks Atletik” klubunu qəbul edəcək.
Rekord.az xəbər verir ki, İrlandiya klubunun baş məşqçisi Stefen Kenninin oyunöncəsi mətbuat konfransı keçirilib.
İrlandiyalı çalışdırıcı sabahkı oyunun çətin olacağını bildirib:
“Biz uzun yol qət etmişik, həmçinin çempionatda ağır oyun keçirmişik. Sabahkı oyun bizim üçün çox çətin olacaq.
Bizim komandamızda imkanlar o qədər də yaxşı deyil, həm maliyyə cəhətdən, həm infrasturk cəhətdən. Buna baxmayaraq, sabahkı matçda yaxşı nəticə qazanıb yolumuza davam etmək istəyirik. Komandamın heyəti o qədər də geniş deyil. Çoxmillətli oyunçulardan təşkil olunmayıb.
“Sabah” iddialı komandadır. İmkanları genişdir. Sabah məğlub olsaq, bu faciə sayılmayacaq, normal haldır. Bakıya milli ilə ilk dəfə gələndə yaxşı qələbə qazanmışdıq. Amma sabahkı oyunu bununla müqayisə etmək istəməzdim. Sabah hər iki komanda növbəti mərhələyə keçməyə çalışacaq. Baxrıq, görək necə olur.
Maliyyə mütəxəssisi olmadığıma görə klublar arasındakı büdcə məsələlərini müqayisə edə bilmərəm. Biz sırf futbola köklənmişik, sabahkı oyunu düşünürük.
“Makkabi” klubunu misal gətirə bilərəm ki, “Sabah” belə bir komandaya qalib gələrək mübarizədən kənarlaşdırıb. Buna baxmayaraq, biz də hazırıq, sabah sərfəli nəticə qazanmağa çalışacağıq”.
“Sabah” ilk matçda İrlandiya klubuna 0:1 hesabı ilə uduzub.