“Sabah” İsveç klubuna uduzdu, ÇL-lə vidalaşdı
- 17 Sen 2024 20:20
- 131
"Sabah" basketbol komandası FIBA Çempionlar Liqasının ilkin təsnifat mərhələsində İsveçin "Norrçepinq Dolfins" klubu ilə qarşılaşıb.
Rekord.az xəbər verir ki, Türkiyənin Antalya şəhərindəki "Gloria Sports Arena"da təşkil olunan qarşılaşma Azərbaycan klubunun 71:75 (18:15, 19:18, 11:23, 23:19) hesablı məğlubiyyəti ilə başa çatıb.
Bu nəticənin ardından Rimas Kurtinaytisin baş məşqçisi olduğu kollektiv mübarizəni FIBA Avropa Kubokunda davam etdirəcək.