“Sabah” müntəzəm mövsümü zirvədə tamamladı
- 24 Apr 2024 23:53
- 255
“Sərhədçi" İdman Mərkəzində Azərbaycan Basketbol Liqasının 18-ci turunun açılış oyunu baş tutub.
Rekord.az xəbər verir ki, ilk oyunda "Sabah" və "Xəzri" komandaları üz-üzə gəliblər.
"Sabah" rəqibinə 77:65 hesabı ilə qalib gəlib. Bu qələbə ilə "Sabah" klubu müntəzəm mövsümü lider bitirərək, adını pley-offun yarımfinalına yazdırıb.
Ən məhsuldar basketbolçular "Sabah"da Artyom Butyankov (15 xal, 13 ribaund), "Xəzri"də Cordan Perkins (18 xal, 6 ribaund) olub.
Sonuncu 18-ci turun növbəti oyunları ("Xırdalan" - "Cəlilabad", "Neftçi" - "Sərhədçi", "NTD-İndiqo” - "Şəki", "Gəncə" - "Sumqayıt") 25, 26, 27 və 28 aprel tarixlərində baş tutacaq.