Azərbaycan kubokunun yarımfinal mərhələsinin “Sabah” - “Neftçi” oyununda azarkeş rekordu qeydə alınıb.


Rekord.az xəbər verir ki, bu matçı 6600 tamaşaçı stadiondan izləyib ki, bu da ölkə kubokunun 2024/25-ci illər mövsümünün ən yüksək göstəricisidir.


Bu barədə “Sabah”ın mətbuat xidməti məlumat yayıb.


Xəbərdə vurğulanır ki, oyuna gələn tamaşaçılar arasında Azərbaycanla yanaşı, Polşa, Almaniya, Böyük Britaniya, Birləşmiş Ərəb Əmirlikləri, Qazaxıstan, İndoneziya və Rusiya vətəndaşları da olub.