“Sabah”ın Misli Premyer Liqasının ikinci dövrəsində ilk ev oyunu “Neftçi”yə qarşı olacaq.

Rekord.az xəbər verir ki, 11-ci tur çərçivəsində baş tutacaq görüş oktyabrın 27-də, saat 17:00-da “Bank Respublika Arena”da baş tutacaq.

Oyunun biletləri artıq satışdadır. Biletləri bu gündən etibarən onlayn şəkildə “iticket.az” saytından (link şərh bölməsində), həmçinin oyun günü "Bank Respublika Arena"nın kassalarından əldə edə bilərsiniz.