"Şamaxı" ilə oyunun ilm dəqiqələrində qol vuraraq komandasını hesabda önə çıxardan "Sabah"ın futbolçusu Sebalyol ilk hissəsnin ortalarında yersiz yerə qırmızı vərəqə alaraq komandasınl çətin vəziyyətdə qoydu. Görəsən məsuliyyətsiz hərəkətinə görə, legioner futbolçuya hər hansı cəza verilib?

Rekord.az bu sualla klubun mətbuat katii Elnur Həmidova müraciət edib.

Klub rəsmisinin cavabı belə oldu: "Klubun daxili intizam kodeksi var. Hansı ki, bütün futbolçular bu kodeksdə yer alan qaydalara əməl etməlidir. Bu qaydaları pozanlarla bağlı uyğun addımlar atılır. Amma klubun daxili məsələsi olduğu üçün bu barədə məlumat verə bilmərəm".