Azərbaycan Basketbol Liqasının pley-off mərhələsində bu gün daha iki oyun keçiriləcək.


Rekord.az xəbər verir ki, "Sərhədçi" "Sabah"la üz-üzə gələcək.


Qarşılaşma Sərhədçi İdman Mərkəzində baş tutacaq. Komandalar arasında ilk matçda "Sabah" rəqibini 90:64 hesabı ilə məğlub edib.


Digər görüşdə isə "Neftçi" "Ordu" ilə qarşılaşacaq. Bu matç Bakı İdman Sarayında keçiriləcək. Komandalar arasındakı ilk görüşdə "Neftçi” 93:84 hesablı qələbəyə sevinib.


Hər iki oyun saat 19:00-da başlayacaq.


Pley-off mərhələsinin ötən gün baş tutan "Gəncə" - "Şəki" görüşündə meydan sahibləri 94:71 hesablı qələbə qazanıb.