"Sərhədçi" İdman Mərkəzində Azərbaycan Basketbol Liqasının "Sabah" və "Gəncə" komandaları arasında final seriyasının üçünçü oyunu baş tutub.

Rekord.az xəbər verir ki, xalaxal prinsipi ilə davam edən oyunun yekununda "Sabah" komandası 93:90 hesabı ilə qalib gəlib.

Bu qələbə ilə "Sabah" seriyadakı hesabda (2:1) önə keçib.

Ən məhsuldar basketbolçular "Sabah"dan Kalin Kreyn (19 xal, 5 ribaund), "Gəncə"də Cordan Endryus (24 xal, 5 ribaund) olublar.

Final seriyasının dördüncü oyunu 26 may saat 19:30-da baş tutacaq.