Serbiyada təlim-məşq toplanışında olan “Sabah” basketbol klubu yoldaşlıq görüşləri çərçivəsində ikinci qələbəsini qazanıb.

Rekord.az xəbər verir ki, Azərbaycan çempionu yerli “Srvena Zvezda 2” üzərində qələbəyə sevinib.

Belqradda baş tutan matç “Sabah”ın 81:78 hesablı qələbəsi ilə yekunlaşıb.

Azərbaycan komandası bu gün son yoxlama oyununa çıxacaq. Bakı vaxtı ilə saat 22:00-da başlayacaq qarşılaşmada rəqib “Zlatibor” olacaq.

Qeyd edək ki, “Sabah” ilk iki yoxlama oyununda Serbiya klubları “Vrsac”a 57:62, “Radniçki”yə 81:82 hesabı ilə məğlub olub, “OKK Belqrad”a isə 97:84 hesabı ilə qalib gəlib.