"Sabah"la adı yanaşı hallanan məşqçilərdən biri də Suat Kayadır.

 

Rekord.az xəbər verir ki paytaxt klubu bir müddətdir ki türkiyəli məşqçinin meneceri ilə danışıq aparırdı.

 

Lakin əldə etdiyimiz son məlumata görə artıq onunla da danışıqlar dayandırılıb. Rəhbərlik ən azı qışa qədər İqor Ponomaryovla yola davam etməyə qərar verib. Qışa qədər nəticələr yaxşı olsa ola bilsin yaya kimi onunla yola davam ediləcək.