“Sabah” super seriyaya qələbə ilə başladı
- 20 May 2023 22:17
- 376
Bu gün "Sərhədçi" İdman Mərkəzində Azərbaycan Basketbol Liqasının "Sabah" və "Gəncə" komandaları arasında final seriyasının ilk oyunu baş tutub.
Rekord.az xəbər verir ki, oyuna üstün başlayan "Gəncə" basketbolçuları bu üstünlüyü sona qədər qoruyub saxlaya bilməyiblər.
İkinci hissədə geri dönüş edən paytaxt klubu yekunda 71:69 hesablı qələbə qazanıb. Bu qələbə ilə "Sabah" seriyadakı hesabda 1:0 önə keçib.
Ən məhsuldar basketbolçular "Sabah"dan Entoni Patti (12 xal, 12 ribaund), "Gəncə"dən isə Kollin Törner (17 xal, 11 asist) olublar.
Final seriyasının ikinci oyunu 22 may saat 19:30-da baş tutacaq.