"Sabah" və "Bazel" arasında oyunların hakimləri açıqlanıb
- 17 Okt 2024 16:30
- 121
Azərbaycanı UEFA Gənclər Liqasında təmsil edəcək “Sabah”ın U-19 komandasının Çempionlar yolunun ikinci təsnifat mərhələsində İsveçrənin “Bazel” kollektivi ilə keçirəcəyi oyunların hakimlər briqadası açıqlanıb.
Rekord.az xəbər verir ki, UEFA oktyabrın 23-də Bazeldəki görüşə xorvatiyalı, noyabrın 6-da Bakıdakı matça isə qazaxıstanlı baş hakim təyin edib.
Qeyd edək ki, səfər qarşılaşması Bakı vaxtı ilə saat 21:00-da, Bakıdakı görüş isə 18:00-da başlayacaq.
UEFA Gənclər Liqası
Çempionlar yolu, 2-ci təsnifat mərhələsi
23 oktyabr
21:00. “Bazel” – “Sabah”
Baş hakim: Patrik Kolariç (Xorvatiya).
Baş hakimin köməkçiləri: Luka Payiç, İvan Starçeviç (hamısı Xorvatiya).
Dördüncü hakim: Hayrim Qovanaj (İsveçrə).
"St. Yakob-Park" stadionu.
6 noyabr
18:00. “Sabah” – “Bazel”
Baş hakim: Rustam Omarov (Qazaxıstan).
Baş hakimin köməkçiləri: Aleksey Dolqix, Dmitri Beloqradov (hamısı Qazaxıstan).
"ASCO Arena".