“Sabah” yeni transferini rəsmən açıqladı - 1,5 illik müqavilə
- 29 Dek 2019 17:20
- 867
“Sabah” klubu heyətini yeni futbolçu ilə gücləndirib.
Rekord.az klubun rəsmi saytına istinadən xəbər verir ki, xorvatiyalı yarımmüdafiəçi Mario Marina bundan sonra “Sabah”ın uğurları üçün çalışacaq. 30 yaşlı dayaq yarımmüdafiəçisi ilə 1,5 illik müqavilə bağlanıb.
Karyerası ərzində Xorvatiyanın “Dinara Knin”, “İmotski”, “Krka Lozovats”, “Zaqora”, “Şibenik” və Bosniya və Herseqovinanın “Şiroki Briyeq” komandalarında çıxış etmiş Marinanın son klubu “Qoritsa” (Xorvatiya) olub.