“Sabah” Azərbaycan Premyer Liqasının 9-cu turu çərçivəsində qarşılaşacağı “Zirə” ilə oyuna hazırlığı davam etdirir.

Rekord.az xəbər verir ki, sözügedən komanda qarşıdakı oyuna ciddi itkilərlə çıxacaq. Belə ki, Təmkin Xəlilzadə və Filip İvanoviç cəzalı olduğu üçün növbəti oyunu buraxmalı olacaq. Cavid Tağıyev isə zədə səbəbindən bu oyunda iştirak etməyəcək.

Qeyd edək ki, “Sabah”da Kevin Kubembayla Elşən Abdullayev də zədədən əziyyət çəkir. Onlar mövsümün ikinci  yarısına hazır olacaqlar.

Sabah keçiriləcək “Sabah” - “Zirə” matçına saat 18:00-da start veriləcək.