“Sabah” Futbol Klubunun idman direktoru Emin Abbasov öz istəyi ilə tutduğu vəzifədən ayrılıb.

Rekord.az xəbər verir ki, bu barədə paytaxt klubunun mətbuat xidməti məlumat yayıb.

"Sabah" FK Abbasova kluba göstərdiyi xidmətlərə görə təşəkkür edib, ona gələcək işlərində uğurlar arzulayıb.

Xatırladaq ki, Emin Abbasov "Sabah"da 2018-ci ildən çalışırdı.