Bakının “Sabah” klubu Premyer Liqada ardıcıl 3-cü məğlubiyyətini alıb.

Rekord.az xəbər verir ki, mövsümün ilk yarısını “Qarabağ”a 0:1, “Neftçi”yə 0:2 hesablı məğlubiyyətlərlə başa vuran paytaxt təmsilçisi 15-ci turda “Zirə”dən 2 cavabsız qol buraxıb. Hər üç qarşılaşmada “quru hesab”la məğlub olan bakılılar ikinci mövsümünü keçirdiyi Premyer Liqada klub antirekorduna imza atıblar.

İndiyədək “Sabah” ardıcıl 3 oyunda xalsız qalmamışdı. Əvvəlki mövsüm yarımda komandanın ardıcıl iki məğlubiyyət almasına 8 dəfə təsadüf olunsa da, seriya 3-ə çatmamışdı.