Futbol üzrə Azərbaycan Birinci Divizionunda 11-ci tura yekun vurulub.

Rekord.az xəbər verir ki, sonuncu oyun günündə iki qarşılaşma baş tutub. 

“Sabah”ın əvəzediciləri səfərdə “Ağsu” klubu ilə qarşılaşıb. Görüş, bakılıların 4:0 hesablı qələbəsiylə başa çatıb. 

“Turan Tovuz” isə “Qarabağ”ın əvəzedicilərindən üstün olub – 3:0.

Qeyd edək ki, bu tur “Neftçi-2” komandası istirahət edib.

Birinci Divizion
11-ci tur

22 noyabr

Turan Tovuz – Qarabağ-2 3:0
Qol: Elçin Qasımov, 64. İlkin Sadıqov, 85; 89.
Hakimlər: Əliyar Ağayev, Pərvin Talıbov, Səbuhi Əmrahov, Vüqar Həsənli.
Şəmkir Olimpiya İdman Kompleksinin stadionu.

Ağsu – Sabah-2 0:4
Qol: Bəxtiyar Soltanov, 27; 67. Emil Qasımov, 57. Cavid Nəcizadə, 88.
Hakimlər: Rəvan Həmzəzadə, Qəzənfər Məmmədov, Elxan Əsgərzadə, Səbuhi Bayramov
Ağsu şəhər stadionu

Turun digər oyunları: 
Kəpəz – Qaradağ Lökbatan 3:0
MOİK– Səbail-2 0:1
Keşlə-2 – Zirə-2 0:2
Sumqayıt-2 – Zaqatala 1:3