
“Sabah”dan Mikelsə xüsusi forma
- 25 Apr 2025 19:45
- 39
Coy-Lens Mikels “Sabah”da 100-cü oyununu keçirdiyinə görə klubu tərəfindən ona üzərində “100” yazılı xüsusi forma təqdim edilib.
Rekord.az xəbər verir ki, bu barədə paytaxt təmsilçisinin mətbuat xidməti məlumat yayıb.
Mikels “Sabah”da 100-cü oyununu “Səbail”lə matçda keçirib. O, bu komandanın heyətində ümumilikdə 101 oyun keçirib, 44 qol vurub.