Koronavirusla bağlı məcburi istirahətdə olan klublarımız hələ ki, gələcəklə bağlı hər hansı plan qurmur.

Rekord.az xəbər verir ki, bu mənada "Sabah"dan da hər hansı bir yenilik yoxdur.

Klubun mətbuat katibi Elnur Həmidov saytımıza açıqlamasında bildirib ki, məşqlərin nə zaman bərpası ilə bağlı hələlik hansısa müzakirələr aparılmayıb.