Xəbər verdiyimiz kimi, "Sabah" Şüvəlandakı "AZAL Arena"nı əsaslı təmir erdirərək. ora köçüb.

Rekord.az xəbər verir ki, by köç sırf əsas komanda ilə bağlıdır.

"Sabah" məşqlərini burada keçəcək, buradakı oteldə məskunlaşacaq. Lakin komanda çempionatdakı ev oyunlarını yenə də Masazırdakı "Bank Respublika Arena"da keçirməyə davam edəcək. Klubun futbol akademiyası isə Şüvəlana köçməyəcək. Bu haqda saytımıza "Sabah"ın mətbuat katibi Elnur Həmidov məlumat verib: "Şüvəlandakı stadion təbii örtüklüdür. Süni olsa idi, yükləmək olar. Lakin təbii örtüyü yükləmək olmur. Ona görə də yalnız əsas komanda Şüvəlanda məşq edəcək".