“Sabah”ın Antalya toplanışı davam edir
- 13 Yan 2020 23:00
- 777
Türkiyənin Antalya vilayətinin Belek bölgəsində təlim-məşq toplanışında olan “Sabah” mövsümün qalan hissəsinə hazırlığı davam etdirir.
Rekord.az xəbər verir ki, komanda bu gün iki məşq keçib.
Əvvəlcə səhər saatlarında fitnes zalında məşq edən futbolçular, daha sonra yaşıl meydanda toplu və fiziki təmrinləri yerinə yetiriblər. Axşam saatlarında komandanın daha bir məşqi baş tutub. Günün son məşqində əsasən, taktiki təmrinlər yerinə yetirilib.
Xatırladaq ki, yanvarın 8-dən Antalyada təlim-məşq toplanışında olan “Sabah”, hazırlıq çərçivəsində növbəti yoxlama oyunu Rumıniyanın “Akademika” (Klinçeni) klubuna qarşı keçirəcək. Görüş yanvarın 15-də baş tutacaq. Komanda toplanış çərçivəsində keçirdiyi ilk yoxlama oyununda Macarıstanın “Pakş” (0:2) klubu ilə üz-üzə gəlib.