"Sabah"ın baş məşqçisi Vasili Berezutski Rusiyanın ÇSKA klubu ilə qazandığı UEFA Kubokunun (hazırkı Avropa Liqası) yubileyi ilə bağlı təşkil olunacaq oyunda iştirak edəcək.


Rekord.az xəbər verir ki, bu barədə Moskva təmsilçisinin mətbuat xidməti məlumat yayıb.


42 yaşlı mütəxəssis keçmiş komanda yoldaşları ilə birlikdə mayın 18-də "VEB Arena"dakı matçda forma geyinəcək.


ÇSKA-nın sabiq oyunçuları həmin avrokubok mövsümündə onlara qarşı çıxış etmiş ulduz futbolçularla mübarizə aparacaqlar. Rəqibin heyətində "Çelsi", "Portu", PSJ kimi kollektivlərdə forma geyinmiş oyunçular meydana çıxacaqlar.


ÇSKA 2004/2005 mövsümündə UEFA Kubokunu qazanıb.