“Sabah”ın futbolçusu poker etdi, komandası 7 qola sevindi
- 01 Noy 2024 13:40
- 98
Gənclər Liqasında növbəti oyunlar keçirilib.
Rekord.az xəbər verir ki, “Sabah”ın U-19 komandası son turda evdə “Araz-Naxçıvan”la qarşılaşıb.
“ASK Arena”da keçirilən oyun “Sabah”ın böyük hesablı qələbəsi ilə yekunlaşıb – 7:0.
Qollara Stepen Ende (4), Elgün Dünyamalıyev, İbrahim Xəlilov və Atilla Hüseynli imza atıblar.
Cari mövsümdə Gənclər Liqasında 10 oyun keçirən “Sabah”ın U-19 komandası oyunlarının hamısını qələbə ilə başa vurub və 30 xalla turnir cədvəlində birinci pillədə qərarlaşıb.