"Sabah"ın futbolçusu Boyan Letiç Misli Premyer Liqasında yubiley oyununu keçirib.


Rekord.az Peşəkar Futbol Liqasının rəsmi saytına istinadən xəbər verir ki, 32 yaşlı müdafiəçinin 100-cü matçı 29-cu tura təsadüf edib.


Bu matçlara yalnız "Sabah"ın heyətində çıxan serbiyalı futbolçu 4 qola imza atıb. Onun debütü 2021/2022 mövsümündə gerçəkləşib. Letiç 2022-ci il fevralın 27-də, “Neftçi” ilə ev qarşılaşmasında (0:1) debüt edib.


Qeyd edək ki, müdafiəçinin yubiley oyununda komandası 0:1 hesabı ilə uduzub.