
“Sabah”ın futbolçusu üçün mövsüm başa çatdı
- 28 Mar 2025 14:20
- 121
"Sabah"ın və Azərbaycan millisinin üzvü Amin Seydiyev əməliyyat olunub.
Rekord.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Millinin düşərgəsində zədələnən futbolçuya adduktor əzələ yırtığı diaqnozu qoyulub. O, Türkiyənin İstanbul şəhərində əməliyyat edilib. Seydiyev üçün mövsüm erkən başa çatıb.
Amin Seydiyev bu mövsüm "Sabah"da 33 oyuna çıxıb, 2 qol vurub. 2 qöl ötürməsi edib.