
“Sabah”ın komandaları “Mançester Siti” və “Rayo Valyekano” ilə qarşılaşdı
- 17 Apr 2025 16:40
- 80
Türkiyənin Antalya şəhərində keçirilən “Junior World Cup” beynəlxalq futbol turnirinə start verilib.
Rekord.az xəbər verir ki, “Sabah”ın U-13 və U-15 komandaları turnir çərçivəsində ilk oyunlarını keçiriblər.
Nasir Nəsirlinin baş məşqçisi olduğu U-13 ilk matçında İngiltərənin “Mançester Siti” komandası ilə qarşılaşıb. Matç rəqibin 5:3 hesablı qələbəsi ilə nəticələnib. “Sabah”ın heyətində Elton Məmmədov, Yusif Ağayev və Yusif Fətullayev fərqləniblər.
Şahin Zeynalovun çalışdırdığı U-15 isə ilk oyununda İspaniyanın “Rayo Valyekano” komandası ilə üz-üzə gəlib. Qarşılaşma 1:1 hesablı bərabərliklə nəticələnib. “Sabah”ın qolunu Ayxan İbadov vurub.