
“Sabah”ın komandaları Türkiyədə beynəlxalq turnirdə iştirak edəcək
- 16 Apr 2025 14:00
- 89
“Sabah”ın U-13 və U-15 komandaları Türkiyənin Antalya şəhərində keçiriləcək “Junior World Cup” beynəlxalq futbol turnirində iştirak edəcək.
Rekord.az xəbər verir ki, “Sabah”ın komandaları bu gün turnirin keçiriləcəyi şəhərə yola düşüb.
U-13 turnirdə İngiltərənin “Mançester Siti”, Türkiyənin “Konyaspor” və “Hatay Altın Gençlik” komandaları ilə bir qrupda mübarizə aparacaq.
U-15 isə İspaniyanın “Rayo Valyekano”, Türkiyənin “Konyaaltı” və “Manisa” komandaları ilə bir qrupda yer alıb.
U-13 ilk oyununu “Mançester Siti”yə, U-15 isə “Rayo Valyekano”ya qarşı keçirəcək. Matçlar sabah səhər saatlarında baş tutacaq.