AFFA-nın təşkilatçılığı ilə keçirilən aşağı yaş qrupları üzrə liqalarda növbəti oyunlar baş tutub.

Rekord.az xəbər verir ki, “Sabah” Futbol Akademiyasının komandaları keçirdikləri 5 oyunun 4-dən qələbə ilə ayrılıblar.

Qalan bir oyun isə 1 heç-heçə bitib.

U-13 Liqası
Sabah – Young Pro 4:0
Qollar: Yusif Ağayev (3), Yusif Fətullayev.

U-14 Liqası
Sabah – EFA 9:0
Qollar: Həsən Ramazanov (3), Murad Məmmədzadə (2), Ülvi Əlizadə, Fateh Cəfərzadə, Ramin İsmayıllı, Fərid İsmayıllı.

U-15 Liqası
Sabah – ASTA 5:0
Qollar: Nihad Hüseynzadə (2), Ayxan İbadov, Ruslan Əbilov, Firdovsi Şeydayev.

U-16 Liqası
Sabah – Sumqayıt 1:1
Qol: Rəvan Quliyev.

Gənclər Liqası (U-19)
Dinamo – Sabah 1:4
Qollar: Niyazi Osmanov, Emin Feyzullayev, Tunar Mehdizadə, Babamirzə Mehdiyev.