"Sabah"ın legioneri: "Klub prezidentinin əsəbi olmasını başa düşürük" MÜSAHİBƏ
- 11 Noy 2019 11:00
- 791
"Sabah"ın futbolçusu Hendrik Ekşteyn Premyer Liqanın 11-ci turunun "Sumqayıt"la (1:3) görüşündən sonra jurnalistlərin suallarını cavablandırıb. Rekord.az həmin müsahibəni sizə təqdim edir:
- Matçla bağlı fikirlərin necədir?
- Birinci hissədə biz yaxşı daha oynadıq. Amma ikinci yarıda nədənsə üstünlüyü rəqibə verdik və “Sumqayıt” da üstümüzə gəlməyə başladı. Onlar qol imkanlarından istifadə etdilər. Fikrimcə, birinci hissədəki oyunumuzu davam etdirsəydik, belə vəziyyət olmazdı.
- Komanda arxayınlaşdı, yoxsa birinci hissədəki oyununuzu davam etdirməyinizə nəsə mane oldu?
- Biz ilk yarıda daha istəkli idik. “Sumqayıt” isə ikinci hissədə daha çox istəkli idi, qələbəni onlar daha çox istədi. Bu istəyə görə də rəqibi ancaq təbrik edə bilərəm.
- Ötən tur Qəbələdəki qələbədən sonra çoxları düşünürdü ki, “Sabah” “qara zolaq”dan çıxdı və qələbələrin davamı gələcək. Qeyri-stabilliyin səbəbi nədir?
- Qollar gəlmirsə, hər şey çətin olur. Bunun səbəbini bilmirəm. Biz də “qara zolaq”dan çıxa bilmirik. Qol vurmadıqca işimiz çətindir.
- Qol vura bilməməyinizin səbəbi hücum xəttindəki oyunçuların bacarıqsızlığıdır?
-Xeyr, mən belə deməzdim. Bizim keyfiyyətli oyunçularımız var. Mən ümumi komandaya şamil edərək, deyirəm ki, qol vurmasaq işimiz çətin olacaq.
- Klub prezidenti oyundan sonra paltardəyişmə otağına daxil oldu. Maraqlıdır, sizə nə dedi? Sizə əsəbi idi?
- Siz dediyiniz kimi əsəbi olsa da, onu başa düşmək lazımdır. Hamımız qalib gəlmək istəyirdik. Klub prezidentinin dediklərini də başa düşürük.
- “Sabah”dakı çıxışından razısan?
- Mən daha çox komanda haqda düşünürəm. Əgər "Sabah" uduzursa, yaxşı oyunumun o qədər də önəmi yoxdur.